Tərtərdəki qəzada xəsarət alanların sayı 16-ya çatıb - SİYAHI - YENİLƏNİB

Tərtərdəki qəzada xəsarət alanların sayı 16-ya çatıb - SİYAHI - YENİLƏNİB

Hazırda oxunan: Tərtərdəki qəzada xəsarət alanların sayı 16-ya çatıb - SİYAHI - YENİLƏNİB

100322

Tərtərdə baş verən ağır yol qəzasının bəzi təfaurratları məlum olub.

Bizim.Media-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, hərəkətdə olan "Toyota Prius" markalı minik maşını "KİA" markalı minik maşını ilə toqquşduqdan sonra hər iki maşın qarşıda saxlanılan "Mersedes" markalı minik maşınına çırpılıb.

Qəza zamanı "Toyota"nın sürücüsü 1992-ci il təvəllüdlü Xəyal Rüstəmzadə həlak olub.

Bundan başqa minik avtomobilində və mikroavtobusda xəsarət alanların adları məlum olub.

Xəsarət alanar aşağıdakılardır:

1. Qaraşov Anar Vəliş oğlu (1993-cü il təvəllüdlü)

2. X. Şahbazova Gülşən (1980-cı il təvəllüdlü)

3. Şahbazov Tural (1981-ci il təvəllüdlü)

4. Qurbanova Xatirə (1974-cü il təvəllüdlü)

5. Nəcəfova Ceyhunə (1990-cı il təvəllüdlü)

6. Nəcəfova Gülay (2010-cu il təvəllüdlü)

7. Nəcəfova Raya (1950-ci il təvəllüdlü)

8. Cabbarov Təbriz (1994-cü il təvəllüdlü)

9. Mirzəyev Elşad (1965-ci il təvəllüdlü)

10. Hidayətova Afət (1975-ci il təvəllüdlü)

11. Hidayətov Yavər (1970-ci il təvəllüdlü)

12. Tağıyev Zakir (1968-ci il təvəllüdlü)

Bundan başqa daha üç nəfərin xəsarət aldığı bilidirilir.

16.17***

Tərtərdə ağır yol qəzası baş verib. 

Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, qəza Tərtər-Bərdə yolunda,  Tərtər rayonu ərazisində qeydə alınıb. 

İki minik avtomobilinin toqquşması nəticəsində ölən və yaralıların olduğu bildirilir. Onların kimiliyi barədə əlavə məlumat veriləcək. 

Faktla bağlı araşdırma aparılır.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO