Oktyabrın 21-i səhərdən 22-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, gündüz arabir 23-28 metrə, yarımadanın bəzi yerlərində arabir 30 metrə çatacaq. Oktyabrın 21-i axşam, 22-si günün birinci yarısında və 23-ü axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° enəcək.
Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 21-i Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 23-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimal edilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
Qərb küləyi əsəcək, oktyabrın 20-si axşamdan 22-dək sürəti 15-20 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir 28-33 metr/saniyəyədək güclənəcək.
Çaylarda sululuğun artacağı proqnozlaşdırılır.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:35 / 20.10.2022
Azərbaycanda havanın temperaturu enəcək - Qar yağacaq
Hazırda oxunan: Azərbaycanda havanın temperaturu enəcək - Qar yağacaq
Hazırda oxunan: Azərbaycanda havanın temperaturu enəcək - Qar yağacaq
100234
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.