Ağdamda dövlət müəssisələrinə YENİ TƏYİNATLAR - FOTO 

Ağdamda dövlət müəssisələrinə YENİ TƏYİNATLAR - FOTO 

Hazırda oxunan: Ağdamda dövlət müəssisələrinə YENİ TƏYİNATLAR - FOTO 

100189

Ağdamda iki vəzifəyə yeni təyinat olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 2 saylı Ağdam Peşə Məktəbinə Əliyeva Xanım Allahverdi qızı direktor təyin edilib.  

Xanım Əliyeva əvvəllər orta məktəbdə ixtisası üzrə müəllim, Ağdam rayon İcra Hakimiyyətində baş məsləhətçi, Ağdam Dövlət Peşə Təhsil Mərkəzində tədris istehsalat işləri üzrə direktor müavini vəzifələrində çalışıb.  

Həmçinin, Rəsulov Gündüz Elman oğlu Ağdam rayon məşğulluq mərkəzinə direktor təyin edilib.  

Əslən Yevlax rayonundan olan Gündüz Rəsulov əvvəllər bank sektorunda və Yevlax məşğulluq mərkəzində çalışıb. Sonuncu təyinatından əvvəl Gündüz Rəsulov Mingəçevir şəhər məşğulluq mərkəzində direktor müavini vəzifəsini icra edib.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO