Vətəndaşlara XƏBƏRDARLIQ – Sabah temperatur 5-7 dərəcə enəcək, leysan olacaq

Vətəndaşlara XƏBƏRDARLIQ – Sabah temperatur 5-7 dərəcə enəcək, leysan olacaq

Hazırda oxunan: Vətəndaşlara XƏBƏRDARLIQ – Sabah temperatur 5-7 dərəcə enəcək, leysan olacaq

100178

Bakıda və Abşeron yarımadasında oktyabrın 21-i səhərdən 22-dək şimal-qərb küləyi 15-20 m/s, gündüz arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s olacaq. 21-i axşam, 22-si günün birinci yarısında və 23-ü axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək. 

Oktyabrın 21-i şimal və qərb rayonlarından başlayaraq 23-dək ölkə ərazisındə hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. 

Qərb küləyi 20-si axşamdan 22-dək 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. 

Çaylarda sululuğun artacağı ehtimalı var.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO