Sabah Zəngilan Beynəlxalq Hava Limanının AÇILIŞI OLACAQ

Sabah Zəngilan Beynəlxalq Hava Limanının AÇILIŞI OLACAQ

Hazırda oxunan: Sabah Zəngilan Beynəlxalq Hava Limanının AÇILIŞI OLACAQ

100124

Oktyabrın 20-də Zəngilanda tikintisi 1,5 il davam edən beynəlxalq hava limanının açılışı olacaq. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək. 

Bizim.Media “Anadolu”ya istinadən xəbər verir ki, Azərbaycanın azad edilmiş torpaqlarında ikinci hava limanının təməli 2021-ci il aprelin 26-da qoyulub.

Zəngilan Beynəlxalq Hava Limanı ən yüksək dünya standartlarına uyğun inşa edilib. 

Hava limanında ilk texniki uçuş sentyabrın 9-da həyata keçirilib. 

Hava Limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr, terminalın buraxılış qabiliyyəti saatda 200 sərnişindir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini də qəbul edəcək. 

Zəngilan Beynəlxalq Hava Limanının platforması eyni vaxtda 8 təyyarəyə xidmət göstərmək üçün nəzərdə tutulub. Hava limanındakı avtomatik sistemlər və idarəetmə qülləsi beynəlxalq mülki aviasiya və nəqliyyat standartlarına cavab verir. Hava limanının tikintisində Türkiyə şirkətləri də iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO