Laçın hava limanında torpaq işləri görülür.
Bizim.Media xəbər verir ki, bunu bu gün Bakı Ekspo Mərkəzində trend.az-a açıqlamasında "AzVirt" MMC-nin baş direktorunun müşaviri Ceyhun Səfərov deyib.
Onun sözlərinə görə, mürəkkəb relyefinə görə Laçında torpaq işləri çox vaxt aparır.
"Laçın coğrafi mövqeyinə görə mürəkkəb ərazi sayılır. Hesab edirik ki, 2024-cü ilin sonu, 2025-ci ilin əvvəlləri Laçın hava limanında şirkətimiz tərəfindən görülən işlər yekunlaşacaq. Bütün işlərin vaxtında başa çatdırılması üçün var gücümüzlə çalışırıq.
C.Səfərov bildirib ki, şirkət hava limanlarının tikintisində əsas üç istiqamətdə işləyir.
"Bunlar uçuş enmə zolağı, perronun sahəsi və yönəldici yollardır", - deyə o, qeyd edib.
Qeyd edək ki, Laçın hava limanı azad olunmuş ərazilərdə tikilməkdə olan 3-cü aeroportdur. 2021-ci il oktyabrın 26-da Füzuli hava limanının rəsmi açılışı olub, sabah isə Zəngilan aeroportunun açılışı gözlənilir. Laçın aeroportu Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:24 / 19.10.2022
Laçın hava limanının tikintisi ilə bağlı YENİ XƏBƏR
Hazırda oxunan: Laçın hava limanının tikintisi ilə bağlı YENİ XƏBƏR
Hazırda oxunan: Laçın hava limanının tikintisi ilə bağlı YENİ XƏBƏR
100095
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.