Bəradər Səməndərli  - 50

Bəradər Səməndərli - 50

Hazırda oxunan: Bəradər Səməndərli - 50

100093
Jurnalist dostlarım çoxdur. Hərəsinin özünəməxsus cəhətləri var. Onların içində bu gün 49-u haqlayan Bəradər Səməndərli ayrıca dəsti-xəttə malik bir yazardır. 
Biz onunla hardasa 32 yaşı olanda tanış olmuşduq. Yəni, 17 il bundan öncə.
Zaman neçə də sürətlə keçdi, heç bilmədik. Bircə onu bildik ki, illər bizi yaxınlaşdırdı. 17 il bundan əvvəlki “kruqumuz”x9d çox keçmədi ki, “dağıldı”x9d. Hərə bir səmtə üz tutdu. O “kruq”x9ddan mətbuatda bir Bəradər qaldı, bir də bəndəniz. Hətta bir ara mən də haqsızlıqlardan bezib media aləmini bir neçə illiyə tərk etdim. Fəqət həmin illərdə də Səməndərli ilə münasibətlərimiz zəifləmədi. 
Bəradər Səməndərli mən deyərdim ki, mətbuat aşiqidir. Çünki bu sahəyə lap mətbəədən, yəni poliqrafiyadan başlayıb. Heç gözünü açıb ətrafında kitab-jurnal da görməyib. Ancaq ağlı kəsəndən dəftər-qələmdən möhkəm yapışıb. Çox məşəqqətlərə dözərək işləyib və oxuyub. Kimsənin köməyi olmadan özünə çığır aça bilib.
Zəhmətə qatlaşan adamlara bütün zamanlarda sayqı ilə yanaşmışam. Elə Bəradəri mənə sevdirən də onun tər tökməyi bacarması, yuxusuz gecələr keçirməyə tab gətirməsi, vaxtilə kilometrlərlə yolu piyada qət etməyə gücünün çatması olub. 
Alın təri ilə özünə gün-güzəran qurub. Ev sahibi, ailə-uşaq sahibi, ona yaraşan və dəbdə olan maşın sahibi olub. Tanrı ona üç oğlan uşağı bəxş edib (böyük oğlu Orxan hazırda orduda Vətənə xidmət edir). Və bura çatanda onu da deyim ki, göylərdən dostuma başqa bir ənam da bəxş olunub. Bu, Bəradər Səməndərliyə verilən əsl şairlik istedadıdır. 
Yubilyarı tənqid etməzlər. Ancaq istədiyimdən deyirəm: heyif ki, jurnalist Bəradər şair Bəradərə çox maneəçilik törədir. Tam cəsarətimlə söyləyə bilərəm ki, əgər ötüb keçən illərdə dostum poeziyaya daha çox diqqət yetirsəydi, indi azərbaycanın öndə gedən beş-üç şairlərindən biri idi. Baxmayaraq ki, onu tanıyanlar poeziya gücünə də bələddirlər.
Bəradər Səməndərli çox sadə insandır. Lovğalıq, təkəbbürlülük, özündən razılıq ona yaddır. Kimsənin paxıllığını çəkməz. Iradları qəbul edəndir, bəzilərindən fərqli olaraq kimi haqqallıq edib höçətləşməkdən uzaq bir adamdır. 
Sadəlövdür və ürəyi təmizdir. Pulun və vaxtın qədrini biləndir və israfçılığı heç sevməz. Ona arxadan sancılan “bacaqları isə görməz”x9d. İstedadlı adamları həmişə “vururlar”x9d. Dostum bu “sindrom”x9ddan çox təəssüf ki, bu gün də əziyyət çəkir.
Şair ola, gözəlləri sevməyə. Bəradər də gözəllik vurğunudur. Onun çox dəyərli məhəbbət şeirləri ilə tanış olanlar bəzən inanmaq istəmirlər ki, məhz Bəradər Səməndərli sinəsindən gəlib! “Özünü sevdirmə mənə”x9d adlı bir şeiri lap bu yaxınlarda qələmə alıb:
Hazır mahnıdır, sadəcə bəstəkarların xəbəri yoxdur! Bu gün dostumuzun yubileyidir. Bu gün həm də ona çox doğma və əziz olan “Atribut”x9dun növbəti sayı işıq üzü görür. Bu qəzet çıxanda dəfələrlə müşahidə etmişəm: Bəradər dizayn vaxtı mütləq məndən 1 siqaret istəyəcək (çəkən və içən deyil). Bir dəfə bunun səbəbini soruşanda: “Qardaş, məndən asılı deyil, elə bil həyacanlı oluram...”x9d
Bu, əsl peşəkara məxsus xüsusiyyətdir. “Bu, oxucu qarşısında məsuliyyət hissi deməkdir”x9d.
Mən də yubiley günündə dostumu bağrıma basıb öpürəm! Qardaş, hər şey sənə halaldır!

Hörmətlə: Mahir Nemətoğlu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO