Magistratura və doktoranturada köçürmələrlə bağlı əsas problem nədir? - RƏSMİ AÇIQLAMA

Magistratura və doktoranturada köçürmələrlə bağlı əsas problem nədir? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Magistratura və doktoranturada köçürmələrlə bağlı əsas problem nədir? - RƏSMİ AÇIQLAMA

100090

“Bakalavriatda köçürmələr gedir, boşluqları biz görürük. Yeni qaydalar hazırlananda bunlar aradan qalxacaq”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil komitəsinin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib. 

O bildirib ki, əslində bu günə kimi magistraturada köçürmə yox idi:

“İlk dəfədir ki, biz qaydalara bu bəndi salmışıq. Amma magistrin mövzusu ilk 3 ayda müəyyən olunur, onun elmi rəhbəri müəyyənləşir. Yəni biz onu qışda da köçürsək, problem yaranır. Digər tərəfdən, tələbələr köçürülür, amma geri qayıdır. Elə tələbə var ki, 4 dəfə köçürülür. Bu, qaydalarla tənzimlənməlidir”. 

Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini doktorantura və magistraturada mövzuların təyin olunma vaxtının dəyişdirilməli olduğunu vurğulayıb:

“Doktorantura ilə bağlı problemlərlə əlaqədar bizə də müraciətlər çox olur. Dünyada distant doktorantura yoxdur. Ona görə də köçürmələrlə bağlı qaydaları hazırlayarkən komitə ilə də məsləhətləşməliyik, bəzi qanunlara və qaydalara dəyişiklik etməliyik”. 

Yaqub Piriyev qeyd edib ki, bu gün ixtisas seçimində valideyn nəyi seçirsə, tələbə ora yönəlir:

“Daha sonra da ixtisasla bağlı problem yaranır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO