Ağdam və Füzulidə zəfər və işğal muzeylərinin layihələri təsdiqləndi – Tikintisinə başlanılacaq

Ağdam və Füzulidə zəfər və işğal muzeylərinin layihələri təsdiqləndi – Tikintisinə başlanılacaq

Hazırda oxunan: Ağdam və Füzulidə zəfər və işğal muzeylərinin layihələri təsdiqləndi – Tikintisinə başlanılacaq

100089

Ağdam və Füzuli rayonlarında inşa edilməsi planlaşdırılan zəfər və işğal muzeylərinin layihələri təsdiqlənib, yaxın vaxtlarda tikinti işlərinə başlanılacaq.

Bizim.Media xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisi və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi çərçivəsində təşkil olunmuş, Qarabağda biznes və investisiya imkanlarına həsr edilmiş konfransda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib.

"Tezliklə Ağdam və Füzulidə iki mərkəzi xəstəxananın inşasına da başlanılacaq. Hazırda isə işğaldan azad edilmiş ərazilərdə 4 məktəb tikiilir, onlardan 2-si bu ilin sonuna qədər təhvil veriləcək. Həmçinin həmin ərazilərdə 9 magistral avtomobil yolu, 2 dəmir yolu inşa edilir, enerji və su təchizatı baxımından işlər aparılır", - deyə o, qeyd edib.
"Mədəni irsin qorunması da bizim üçün əsas prioritetdir. Hazırda Ağdamdakı Cümə və digər məscidlərdə bərpa işləri aparılır", - deyə B.Hacıyev əlavə edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO