Xaricdə təhsil alan tələbələrin köçürülməsi bu qayda ilə tənzimlənəcək

Xaricdə təhsil alan tələbələrin köçürülməsi bu qayda ilə tənzimlənəcək

Hazırda oxunan: Xaricdə təhsil alan tələbələrin köçürülməsi bu qayda ilə tənzimlənəcək

100062

“Qanunvericilikdə əsas boşluq xaricdə təhsil alan tələbələrin köçürülməsi ilə bağlıdır”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil komitəsinin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı komitə sədri Bəxtiyar Əliyev deyib. 

Komitə sədri bildirib ki, ölkə daxilində fəaliyyət göstərən özəl təhsil müəssisələri ilə bizim problemimiz yoxdur, bu təhsil müəssisələrində tələbələrin köçürməsi tənzimlənir:

"Amma xarici ölkələrin təhsil müəssisələrində təhsil alan tələbələrin köçürülməsi mövcud qaydalarla tənzimlənmirdi. Yeni təklif etdiyimiz qaydalar artıq bunu da əhatə edəcək”. 
 Qeyd edək ki, “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, dövlətin vəzifələri sırasına ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək əlavə edilir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO