“Ac”x9d Ermənistanın parlamentində 19 milyonçu var, bəs “tox”x9d Azərbaycanda?

“Ac”x9d Ermənistanın parlamentində 19 milyonçu var, bəs “tox”x9d Azərbaycanda?

Hazırda oxunan: “Ac”x9d Ermənistanın parlamentində 19 milyonçu var, bəs “tox”x9d Azərbaycanda?

62331

ANS PRESSİN “168 jam”x9d qəzetinə əsasən verdiyi məlumata görə Ermənistan parlamentinin deputatları 2013-cü il üçün öz gəlir bəyannamələrini elan edib. Bəyannamə nəticəsində bəlli olub ki, hazırda Ermənistan parlamentində təmsil olunanlar arasında nə az nə çox ”“düz 19 nəfər rəsmi milyonçu mövcuddur.

Ermənistan parlamenti ilə bağlı məlum informasiya Azərbaycan parlamenti ilə bağlı mövcud vəziyyəti də gündəmə gətirib. Maraqlıdır, ölkə iqtidarı tərəfindən hər zaman “ac”x9d, “yoxsul”x9d, “dilənçi”x9d və s. kimi ifadələrlə yad edilən Ermənistanda bir tək parlamentdə 19 milyonçu varsa, o zaman neft pulları hesabına “çiçən açan”x9d Azərbaycanda, bu ölkənin parlamentində nə qədər milyonçu var? Habelə, Ermənistan parlamentində və cəmiyyət həyatının digər sahələrində rəsmi milyonçuların elan edilməsi gerçəyi onu sübut etmirmi ki, Azərbaycan parlamenti demokratiya və şəffaflıq məsələsində düşmən ölkəyə belə uduzur?

Moderator.az və “Hürriyyət”x9d qəzetinə açıqlamasında məsələyə münasibət bildirən ADP sədrinin müavini Taliyət Əliyev hesab edir ki, Azərbaycan parlamenti çətin ki, milyonçuların sayına görə Ermənistan parlamentinə uduzzsun. Əksinə, T.Əliyevin qənaətincə, Azərbaycanda elə millət vəkili var ki, onun varidatı bütün Ermənistan parlamentinin malik olduğu sərvətdən çoxdur:

 “Çox təəssüflər olsun, bəyənmədiyimiz Ermənistanda deputatların gəlirləri barədə bu cür hesabatlar cəmiyyətə təqdim olunur. Amma hələ ki, Azərbaycanda anoloji hesabatların verilməsinin şahidi olmamışıq. Azərbaycanda elə deputat var ki, onun gəliri və varidatı Ermənistanın bütün deputatlarının gəlirləri və varidatından çoxdur. Ancaq bu məlumatlar xalqdan gizli saxlanılır. Hətta Milli Məclisə seçkilərdə onların gəlirləri ilə bağlı hesabatda belə heç bir məlumat göstərilmir. Bu baxımdan acınacaqlı olsa da etiraf etməliyik ki, bu sahədəki vəziyyətlə bağlı Ermənistan Azərbaycandan xeyli irəlidədir”x9d.

 

Seymur Əliyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO