Alimlər üzümün gözlənilməz xüsusiyyətini aşkar etdilər:  Ağ ciyər xərçənginin qənimi...

Alimlər üzümün gözlənilməz xüsusiyyətini aşkar etdilər: Ağ ciyər xərçənginin qənimi...

Hazırda oxunan: Alimlər üzümün gözlənilməz xüsusiyyətini aşkar etdilər: Ağ ciyər xərçənginin qənimi...

242791
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki,xa0 Cenevrə Universitetinin alimləri üzümün tərkibindəki təbii resveratrol komponentində ağ ciyər xərçəngi ilə mübarizə xüsusiyyətlərinin olduğu qənaətinə gəliblər.

Alimlər tədqiqat zamanı siçanlardan istifadə ediblər. Gəmiriciləri əvvəlcə tütün tüstüsündə olan kanserogenlə yoluxdurublar, sonra da qeyd olunan resveratrolla müalicə ediblər.

Bu zaman siçanları dörd qrupa bölüblər: birinci yoxlama qrupuna nə kanserogen, nə də resveratrolxa0 verməyiblər, ikinci qrupa eyni vaxtda hər iki maddəni veriblər. Gəmiricilərin daha iki qrupuna hər maddədən biri verilib.

Məlum olub ki, “müalicə” olunan dəstədəkilərin şişi o biri dəstədən fərqli olaraq 45 faiz kiçilib.

Belə yerdə xalq şairi Səməd Vurğunun "Hər üzümdən bir şirə çək, səhər-səhər acqarına, qüvvət gəlsin qollarına" misraları yada düşür...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO