Milli azadlıq hərəkatının başlanmasından sonra ilk yaranan mətbu orqanlar...

Milli azadlıq hərəkatının başlanmasından sonra ilk yaranan mətbu orqanlar...

Hazırda oxunan: Milli azadlıq hərəkatının başlanmasından sonra ilk yaranan mətbu orqanlar...

233767
İLKxa0 YARADILANxa0 QƏZETLƏR, NƏŞRxa0 EDİLƏN “SAMİZDATLAR”,xa0
xa0KİTABÇALAR, YAYILANxa0 VƏRƏQƏLƏR,xa0 MÜSTƏQİLxa0 KİV VASİTƏLƏRİ
xa0xa0
Azərbaycanda milli-azadlıq hərəkatının başlanmasıxa0 yeni məzmunlu və formalı mətbuatın da yaranmasına imkanlar açdı. Həmin dğvrdə mövcud olan AXC-nin nəşrləri istisna olmaqla digər yayım orqanlarını belə qruplaşdırmaq mümkündür: 1) Yeni yaranmaqda olan siyasi təşkilatların və cəmiyyətlərin gizli nəşrləri; 2) Müstəqil olaraq gizlin nəşr edilən yayınlar; 3) Dövlət qeydiyyatından keşmiş müstəqil və ya müxtəlif qurumların yayınları.xa0


İLKxa0 “SAMİZDAT”xa0 KİTAB – “VƏTƏN”

Azərbaycanda sovet hakimiyyəti dövründə ilk olaraq nəşr edilən “samizdat” kiab “Vətən” olub. Bu kitab 1988-ci ilin fevral-iyul aylarında gizli olaraq “rotopirin” üsulla nəşr edilib. Kitabı nəşrə hazırlayan və yazıları müəlliflərdən yığıb toplayan, tərtib edən – 17 noyabr mitinqlərinin əsas təşkilatçısı Ənvər Əliyev olub.xa0
Kitabın naşiri olan Ə.Əliyev son səhifədə oxuculara belə bir müraciət ünvanlayıb: “Əziz oxucularım! Son sözüm də Sizədir. Oxuduğunuz bu yazılar birər-birər toplanıb, min bir çətinliklə küll halında ortaya qoyulub. Yaxşı-pis mən borcumu yerinə yetirdim. Sizinsə borcunuz bunları yaymaq, bütün yurddaşlarımızı bu həqiqətlərlə agah etməkdir. Bir də, əgər Sizin əlinizdə də bu cür yazılar olsa, mənə yetirməyi unutmayın. İnşallah, qeyrət və istəyiniz bizi görüşdürər”.
xa0Kitabda yazılar iki dildə – Azərbaycan və rus dillərində çap olunub. Kitab oxuculara belə təqdim edilib: elmi-kütləvi toplu, I cild. Nəşrin ilk səhifəsində Abbas Səhhətin bu misraları verilib: “Vətəni sevməyən insan olmaz, olsa da o şəxsdə vicdan olmaz!”xa0
Kitabın mündəricatından aydın olur ki, burada çox ciddi yazılar çap olunub. Həmin mündəricatı oxuculara təqdim edirik: 1) Giriş əvəzi; 2) Akademik B.Petrovski – Redaksiyaya məktub, I hissə: 1) İ.Qəmbərov – Köhnə bayatılar və təzə əfsanələr (səh.13);xa0 2) S.Ayvazyan – Türk saxtakarlığı üçün tarix və coğrafiya dərsi (səh. 66); 3) İ.Qəmbərov – Baş tutmayan dərs haqqında (səh. 110); 4) İ.Əliyev – DQMV haqqında tarixi məlumat (səh. 116); 5) E.Namazov, Əlizadə Z.xa0 DQxa0 haqqında tarixi məlumat. Yerevan, 1988” broşurasına cavab” (səh. 155); II hissə: 1) “General Mayevski – Ermənistan genosidi. Peterburq, 1902” (səh. 182); 2) Veliçko V.L. “Ermənilər”, Qafqaz, I cild, 1904” (səh.185); 3) Savrov N.N. Zaqafqaziyada rus işlərinə yeni təhlükə. Peterburq, 1911 (səh. 187); 4) Qriboyedov A.S. Əsərləri, I cild, M., 1976. “Pravda” nəşriyyatı (səh. 189); 5) “Marksizm-Leninizm klassiklərindən” (səh.190); 6) “Protokol №11 və 12, 4-5 iyul, 1921-ci il” (səh. 191); 7) A.Mikoyan – V.İ.Leninə müraciət. 22 may, 1922” (səh.194); 8) Andranik O. (1865-1927), (səh.195); 9) “Böyükxa0 Sovet Ensiklopediyası”, M., 1976, III c. (səh. 197); 10) M.Ə.Əliyev – “Millətçi-burjua erməni təşkilatları tarixindən” (səh. 198); III hissə – 1) Azərb.SSR EA Şərqşünaslıq İnstitutunun müraciəti” (səh. 204); 2) “Görkəmli iqtisadçı “Humanite” №13450, 18.11.87. s.117 (səh.205); 3) R.Yüzbaşov. Məktub (səh. 207); 4) “Qarabağların Qarabağlılara müraciəti” (səh. 208); 5) I Vazgenin çıxışı (səh. 211); 6) “S.Kaputikyanın çıxışı” (səh. 215); 7) “Məramnamə” (səh.220); 8) F.Barringer, B.Keller. “Nyu-York Tayms”. 15.03.1988 (səh.223); 9) “E.Mehrəliyev – Demoqrafik məlumat” (səh. 230); IVxa0 hissə –1) S.Xanzanyan – S.Mkrtıçyanın “DQ tarixi arxitektura abidələri”xa0 kitabına rəy” (səh. 253); 2) “K.Abbasova – APİ-də (Stepanakert) baş verən hadisələr (səh. 256); 3) X.Əkbərova və s. Məktub” (səh. 262).xa0
Kitab 272 səhifədən ibarətdir, 200 (iki yüz) tirajla nəşr edilib gizli olaraq yayılmışdır.


İLK “SAMİZDAT” KİTABIN TƏRTİBÇİ VƏ NAŞİRİ-1988-Cİxa0 İLİNxa0 NOYABR MİTİNQLƏRİNİN TƏŞKİLATÇISIxa0 VƏxa0 İLKxa0 APARICISI –
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0ƏNVƏRxa0 ƏLİYEV

Ənvər Əliyev – 1951-ci ildə Ağsu rayonunda anadan olub. Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutunda elmi işçi vəzifəsində çalışır.
1988-ci ilin noyabr ayının 17-də Bakıdakı çoxgünlük mitinqlərin təşkilatçısı kimi Azərb.SSR CM-nin 188-3 maddəsi ilə 1989-cu ilin fevral-iyun aylarında SSRİ Prokurorluğunun xüsusi işlər üzrə istintaq qrupu tərəfindən həbs edilib.
Ə.Əliyev 1992-ci ilin noyabrın 19-da həbsdən azad olunub.
Ə.Əliyevin həbsxanadan Azərbaycan Respublikasının Prezidenti Ə.Elçibəyə 1992-ci ilin noyabrında yazdığı məktub da çox təsirlidir: “Baş tutmasına bir çox amillərlə bərabər, yataqxanamızdakı görüşünüzün və xüsusilə mənim otağmdakı söhbətlərinizin də müəyyən rolu olmuş bu mitinqin başqa cür məqamı da ola bilməzdi... Mənim obyektiv və bəzən də subyektiv səbəbdən susmağımı bəziləri günahkarlıq əlaməti kimi qəbul etsələr də, mən tarixin hər şeyi öz yerinə qoymağına var qüvvəmlə inanmışam və inanıram”.
Ə.Əliyevin həbsxanada yatmasına səbəb olan noyabr mitinqləri indi Azərbaycanda Milli Dirçəliş Günü (17 noyabr) kimi bayram edilir.
xa0Ə. Əliyev 2012-ci ildə özünün “Meydan sirləri” kitabını yazıb çap etdirmiş, burada Noyabr mitinqləri ilə bağlı maraqlı faktlar açıqlamışdır.


İLKxa0 “SAMİZDAT”xa0 MƏQALƏ

Azərbaycanda gedən proseslərlə bağlı ilk “samizdat” məqalə 1988-ci ilin noyabrında Londonda nəşr edilən “The Central Asianxa0 newsletter” (vol. 7, №4) jurnalında çap olunub. Məqalə belə adlanır: “Azərbaycan ziyalıları adından: biz Sizə və bütün azad iradəli insanlara müraciət edirik”. Bu məqalədə azərbaycanlıların Dağlıq Qarabağda yaranmış vəziyyətə baxışları öz əksini tapıb.

“SAMİZDAT” NƏŞRLƏR

Azər Qasımzadənin nəşrləri:
1. “Dirçəliş” qəzeti, 27 iyun, 1989-cu il, №1.
1.“Soy” məcmuəsi. “Dirçəliş” nəşriyyatı, 1989-cu il, №1.
2.“Gülüstan” siyasi-bədii toplusu. “Dirçəliş” nəşriyyatı, 1990-cı il.
3.“Dönüş” məcmuəsi. “Dirçəliş” nəşriyyatı,1989-cu il, №1.
4.Əhməd Qaraca. Azərbaycanın yaxın tarixinə qısa bir baxış. “Dönüş”, 1989.


Emin Əhmədovun nəşri:
1. “Açıq Söz”xa0 Bülleteni, №1, 1989-cu il.


AXC nəşrləri

1.Azərbaycan Xalq Cəbhəsinin Bülleteni. 1989-cu il,iyun, №1.
2. “Meydan”. Azərbaycan Xalq Cəbhəsinin qəzeti. №1, sentyabr, 1989-cu il.
3.”İstiqlal”, bülleten №1,oktyabr, 1989.
4.Azərbaycan” məcmuəsi, 15 noyabr, 1989-cu ul, №9.
5. “Fövqəladə Vəziyyət (FV)” - “Çrezvıçaynoye Polojeniye (ÇP”. Azərbaycan Xalq Cəbhəsinin Xüsusi Bülleteni. №1, fevral, 1990-cı il.
6.“Azərbaycan Xalq Cəbhəsinin sənədləri” seriyasından 1990-cı ildə “AXC Məclisi I sessiyasının protokolu. 28-29 oktyabr 1989-cu il. Bakı ş.”xa0 adından ayrıca kitabça da nəşr edilib.xa0



AXC-NİNxa0 BÖLGƏxa0 QƏZETLƏRİ


“Ağdam” qəzeti – AXC Ağdam rayon şöbəsinin orqanı olub. 1990-cı ildəxa0 nəşr edilib.xa0
“Demokrat” qəzeti – AXCxa0 Sabirabadxa0 rayon şöbəsinin orqanı olub. 1990-cı ildə çap edilib.xa0
“Girdiman” qəzeti – AXCxa0 İsmayıllı rayon şöbəsinin orqanı olub. 1990-cı ildə çapdan çıxıb.xa0
“Haqqın səsi” –xa0 AXC Göyçay rayon şöbəsinin orqanı olub. 1990-cı ildə çapdan çıxıb.
“Hasıllı” – AXCxa0 Cəlilabad rayon şöbəsinin orqanı olub. 1991-ci ildə nəşr edilib
xa0“İkixa0 sahil” – AXCxa0 Culfa rayon şöbəsinin orqanı olub. 1989-cu ildə çap edilib
xa0“İstiqlal” -–AXCxa0 Şəki şəhər şöbəsinin orqanı olub. 1989-cu ildə çapdan çıxıb.xa0
“Qeyrət” - AXC Balakən rayon şöbəsinin orqanı olub. 1990-cı ilin mayında çıxıb.xa0
“Şu Yol” – AXC-nin Bakının Əzizbəyov rayon şöbəsinin orqanı olub. 1990-cı ilin yanvar ayında çapdan çıxıb.xa0
“Varlıq” qəzeti – AXC Naxçıvan Vilayət şöbəsinin xüsusi buraxılışı olub. 1990-cı ildə nəşr edildiyi ehtimal olunur.xa0
“Vətən” qəzeti – AXC Gəncə şəhər şöbəsinin orqanı olub. 1989-cu ilin dekabrındaxa0 çapdan çıxıb.xa0
“Elin səsi” qəzeti - Azərbaycan Xalq Cəbhəsi Lənkəran şöbəsinin qəzeti olan “Elin səsi” 1989-1990-cıxa0 illərdə yayımlanıb.xa0
“İnam” qəzeti – AXC Zaqatala rayon şöbəsinin orqanı olub.1992-ci ilin martından nəşr edilib.xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 “Bizim şərh” qəzeti - 1990-cı ilin 18 mayında nəşr edilib.

Nəsiman Yaqublu,xa0
Tarix elmləri doktoru
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO