Salam olsun Türk yurdu Təbrizə, İrəvana, bütöv Azərbaycana  - ARAŞDIRMA...

Salam olsun Türk yurdu Təbrizə, İrəvana, bütöv Azərbaycana - ARAŞDIRMA...

Hazırda oxunan: Salam olsun Türk yurdu Təbrizə, İrəvana, bütöv Azərbaycana - ARAŞDIRMA...

188291
Sizlərlə uşaqlıqdan yadımda olan bir andan bəhs edərək yazıma elə başlamaq istərdim. Biz məktəbdə, daha doğrusu ibtidai sinifdə oxuyanda xa0müəlliməm bizlərə vətənlə bağlı şeirlər əzbərlədərdi. Bir gün mənə əzbərləməm üçün şeir gətirdi və dedi ki, “Bunu yaxşıca əzbərlə, tədbirdə oxuyacaqsan”x9d. Şeir yazılan vərəqi aldım və bu misralar xa0yazılırdı:

Niyə ikidir adın?
Ay sənə qurban canım.
Cənub Azərbaycanım,
Şimal Azərbaycanım!

Şeiri oxuyunca həqiqətən təəcübləndim, o yaşlarda “niyə?”x9d mənim vətənimin ikiyə bölündüyünü anlaya bilmirdim. Həm Azərbaycana niyə Cənub-Güney və Şimal-Cənub deye adlandırılıdığını da anlamırdım. Sonradan müəlliməm izah etdi ki, bizi böldülər, parçaladılar. Arazın o tayında bizlərlə eyni qandan, eyni candan olan soydaşlarımız var. Bizi rusların və farsların ayırdığını, ananın burda, oğulun o tayda , qardaşın burda, bacının o tayda qaldığını, sadəcə həsrətlə illərlə yol gözlədiklərindən bəhs etdi. Düşündüm ki, mənim torpağımı, mənim vətənimi necə olur xa0ki, fars və rus bölür, hansi səbəbdən, niyə?! Bu suallar məni çox narahat edirdi, aldığım cavablar məni qane etmirdi. Bəlkə də o zamanlar siyasət nə olduğunu bilmədiyim üçün anlamırdım.
Amma yaşa dolduqca dünya siyasətinin çirkin və riyakar üzünü anladım. Zamanla Azərbaycanın ikiyə yox bir neçə parçaya bölündüyünü öyrəndim. Cənubi Azərbaycan, Şimali Azərbaycan, Qərbi Azərbaycan xa0və s.xa0
xa0
Bütün bu gərçəkləri öyrəndikdən sonra məni çox üzən bir halda, Azərbaycan Türk cəmiyyətində özümüzün özümüzü bölməsi, parçalaşası oldu. Belə ki, Güney Azərbaycanlıya xa0“həmşəri”x9d, Qərbi Azərbaycanlıya “yeraz”x9d deyildiyinin də zaman-zaman şahidi olduq. Bu həqiqətən heç bir şəkildə doğru olmayan bir yanaşmadır. Bu yanaşma adını qeyd etdiyimiz xarici qüvvələrin işləridir. Yəni onlar Azərbaycanı parçalamaqla qalmayıb, soydaşlarımızı bir-birindən uzaqlaşdırmağa, ötəkiləşdirməyə də çalışıblar. Bunun nəticəsində “həmşəri”x9d, “yeraz”x9d kimi anormal və bölücü ifadələr meydana çıxmışdır. Amma zamanla Azərbaycanımız Müstəqil və Azad oldu. Bununla da, bu doğru olmayan ifadələr tədricən soydaşlarımız arasında istifadə olunmur və bizlər Azərbaycanımızın bütünlüyü üçün çalışır və bunu hər sahədə müdafiə edirik. Bu yazımda sizlərlə Cənubi-Güney Azərbaycanımızdan, Qərbi Azərbaycandan, bizi bölən qüvvələrdən və Azərbaycan türklərinin yaxın tarixindən bəhs edəcəyik.
Oğuz Türk yurdu olan Azərrbaycan, I Pyotr (1696-1725) zamanından başlayaraq xa0çar xa0Rusyasının yayılma siyasətinin əsas ünsürü olan, işğal planları arasında önəmli bir yer tutmaqda idi. XVIII əsrdə xanlıqlara bölünmüş Azərbaycanı 1786-ci xa0ildə siyasi məqsədlərlə xa0gəzmiş olan Rus polkovnik (subayı) Burnaşev, buradakı Şəki, Qarabağ, Quba, Şamaxı, Bakı, Naxçıvan, Gəncə, Təbriz, Ərdəbil, Xoy, Urumiyə, Talış, Marağa, Maku xanlıqlarının bəzilərinin idarə quruluşunu yarı bağımlı, bəzilərinin isə bağımsız oluğunu dəqiqləşdirmişdir. Bunlardan Urumiyə, Şəki, Qarabağ, Quba və Xoy xanlıqları, digərlərinə görə daha güçlü idi. XVIII yüzilin ikinci yarısında, bu xanlıqların xanları, hər biri ayrı-ayrılıqda siyasal güçləri artırdıqca, Azərbaycan xanlıqlarını öz - yönətimlərində- idarələrində bir dövlət kimi toplamaq amacını-məqsədini xa0güdməkdə idilər. Güney Azərbaycanda Urumiyə Xanı Fətəli Xan Əfşar, Quzey Azərbaycanda isə Şəki xanı Hacı Çələbi və Quba xanı Fətəli xan Qubalı bu məqsəd üçün çabalamışdır. Lakim müvəffəq ola bilməmişdir.
18-ci yüz ilin sonlarında Quzey Azərbaycandakı xanlıqları da (bütün Güney Qafqazı) hakimiyyəti altına almağa çalışan İran hakimiyyəti ilə Rusiya arasında bir çox çatışmalar, savaşlar oldu.
3 xa0yanvar 1804-cü il tarixində Gəncə xanı Cavad xanın güclü dirənişinə baxmayaraq buna qarşın xa0ruslar xa0Gəncə xa0qalasını işğal etdilər. Cavad xan və oğlunun da ön saflarda can verdiyi savunmada, çox qan döküldü.
10 iyul 1804-cü il tarixində rusya ilə İran arasında savaş başladı. Rus Ordusu, bir-birinin ardıyla, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı, Lənkəran xanlıqlarını ələ keçirdi. Belecə, quzeydəki bir çox xanlıq Rusiyanın hakimiyyətinə girdi. Qacar ordularının rusları durdurma çabaları başarısızlıqla nəticələndi. Bunun sonucunda, İran ilə Rusiya arasında 1813-cu ildə rəzil və tarixin ən ədalətsiz müqaviləsi imzalandı.
Sizlərin də biliyiniz kimi vətənimiz Azərbaycan ikiyə bölündü. Azərbaycanımızın bölünməsi də bu düşmənliyin ən gözdə örnəklərindəndir. Dünya tarixinin ən acımasız və ən rəzil müqavilələrindən bəhs edərkən sözsüz Gülüstan və Türkmənçay müqavilələrini də xüsusi qeyd etmək lazımdır. Heç bir hüquqa və ədalətə sığmayan bu müqavilələrlə Azərbaycan Türk yurdu və Azərbaycan Türkləri özlərinin xəbəri və istəyi olmadan, iki yadın - Rusiya və İranın istəyi ilə bölündü, parçalandı. Bu müqavilələrin nə qədər acımasız və ədalətsiz olduğunu müqavilələri incələyincə daha aydın görürük. Belə ki, bölünən Azərbaycan torpaqları olduğu halda ruslar və farslar xüsusi ilə Azərbaycan adını bu iki anlaşmanın heç birində qeyd etmir və bu yolla da işğalçılıqlarını gizlətməyə çalışmışlardır. Digər tərəfdən bu anlaşmaların yalnız Rusiya və İranın istəyi ilə olduğunu düşünürsəniz yanılırsınız. Azərbaycanı bölən bu məlum sazişlərdə İngilis və Fransızların xüsusi “əməyi”x9d, “çabası”x9d vardır. Bunu doğrulayan bilgilər vardır. Örnək olaraq Rusiya tərəfindən bölücü Gülüstan müqaviləsini imzalayan general xa0Ratişevin yazışmalarını göstərə bilərik. Belə ki, Ratişev İngilis diplomat olan Qor Uzeleyə “İran dövləti ilə ümümrusiya imperiyası arasında “əbədi sülh haqqında traktat”x9d kimi təqdim olunan Gülüstan müqaviləsini bağlanılmasında İran Qacar hakimiyyətini xa0niyyətləndirməyə nail olduğu üçün minnətdarlığını bildirmişdir.xa0
Beləliklə, öncədən də qeyd etdiyimiz kimi İran ilə Rusiya arasında 13 oktyabr 1813-cu ildə Qarabağın Gülüstan adlı bir kəndində müqavilə imzalandı və adı da bu məkandan qaynaqlanır. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzaladı.xa0
xa0
Bu ədalətsiz anlaşmanın izmalandığı anı Türk dünyasının görkəmli şairi Bəxtiyar Vəhabzadə öz sözləri ilə çox gözəl əks etdirir:

İpək yaylığıyla o, asta-asta
Silib eynəyini gözünə taxdı.xa0
Əyilib yavaşca masanın üstəxa0
Bir möhürə baxdı, bir qola baxdı.xa0
Kağıza həvəslə o da qol atdı,xa0
Dodağı altından gülümsəyərək.xa0
Bir qələm əsrlik hicran yaratdı,xa0
Bir xalqı yarıya böldü qılınc tək.xa0
Öz sivri ucuyla bu lələk qələm,
Dəldi sinəsini Azərbaycanın.xa0
Başını qaldırdı,xa0
Ancaq dəmbədəmxa0
Kəsdilər səsini Azərbaycanın.xa0
O güldü kağıza qol çəkən zaman,xa0
Qıydı ürəklərin hicran səsinə.xa0
O güldü haqq üçün daim çarpışan
Bir xalqın tarixi faciəsinə.
Əyləşib kənarda topsaqqal ağa,xa0
Hərdən mütərcimə suallar verir.xa0
Çevrilir gah sola, baxır gah sağa,xa0
Başını yellədib təsbeh çevirir.
Qoyulan şərtlərə razıyıq deyə,xa0
Tərəflər qol çəkdi müahidəyə...xa0
Tərəflər kim idi? Hər ikisi yad!xa0
Yadlarmı edəcək bu xalqa imdad?!

“Əbədi barış və dostluq”x9d anlaşması olaraq adlandırılan bu müqavilə ilə Oğuz Türk yurdu Azərbaycan və Oğuz Türkü olan azərbaycanlılar iki parçaya bölündü. Bu nəticə xa0güç və adalətsizliyin, gücünü birləşdirməyə nail olmayan Türk millətinə qarşı xa0bu günədək qazanılan bir düşmən zəfəri oldu.
11 maddədən ibarət olan bu anlaşmaya görə Rusiya və İran arasındakı sərhəd xətti xa0Araz çayı olaraq qəbul edildi və Azərbaycan - Quzey Azərbaycan və Güney Azərbaycan olaraq ikiyə bölündü.
Bunun acısını, ağrısını illərlə soydaşlarımız yaşadı və yaşayır. Bu gün də fars zülmünə məruz qalıb öz ana dillərində təhsil ala bilmir və öz torpaqlarında farslar tərəfindən ötəkiləşdirilir, zülmə məruz qalırlar. Qardaşı-qardaşdan, iki sevəni bir-birində və yurdundan ayrı salan bu acımasız anlaşma soydaşlarımızın ürəyində sağalmaz yara açdı. Sonralar, xalq arasında çox yayqınlaşan bu dörtlük, bir ulusun-millətin bölünmüşlüyünün ürəklərdə yaratdığı ortaq acının yansıması oldu:

Arazı ayırdılar
Qum ilə doyurdular
Mən səndən ayrılmazdım
Zülm ilə ayırdılar.

Bu ədalətsiz müqavilədən bir müddət sonra yeni bir müqavilə imzalama gərəyi duyan bölücülər işğalçı siyasətlərinə davam etdilər. İran hakimiyyəti, Gülüstan müqaviləsi ilə Güney Qafqazdakı topraqlarından vazkeçmek istəmirdi. Bu dəfə də İngiltərə və Fransanın yardımı ilə itirdiyi torpaqları geri alma savaşına girmişdi. Öncədən də qeyd etdiyim kimi Azərbaycanın bölünməsində ruslar və farslar qədər ingilislər və fransızlar da xüsusi “canfəşanlıq”x9d göstərirdilər. Çünki onlar Azərbaycan Oğuz Türk yurdunu xa0“yağlı tikə”x9d olaraq görürdülər. Vətənimizin verimli torpaqlar, gözəl iqlimi, təbii sərvətləri və statejik önəmi yadların iştahını qabardırdı. Ümumiyyətlə, sizlərə açıqca bildirə bilərəm ki, ruslar, farslar və avropalı işğalçılar daima türklərə qarşı “böl, parçala və ud”x9d siyasətini həyata keçirmişlər. 16 iyul 1826-ci il xa0tarixində quzey xanlıqları geri almaq məqsədi ilə xa0başladılan bu savaşlarda Abbas Mirzənin rəhbərliyi altında İran ordusunun yenilgisi nəticəsində 10 fevral 1828 -ci il tarixində yeni başqa bir ingilis diplomatın, İngiltərənin səfiri MakDonaldın vasitəçiliyi ilə Təbriz yolunun üstündə yerləşən Türkmənçay kəndində I Nikolay ilə Fətəli şah arasında sülh müqaviləsi imzalandı. Bu anlaşmaya görə, Naxçıvan və Rəvan (İrəvan) xanlıqları da Rusiyaya verildi. Rusya, 1850 -ci ildə xa0Rəvan xanlığından İrəvan vilayəti yaradaraq geləcəkdə quracaqları qondarma “Ermənistan”x9dın xa0təməlini atdılar. Həqiqətdə isə İrəvan torpaqları ən qədimdən türk-müsəlman yurdu olmuş, düşmən qüvvələri qarşısında möhkəm dayanmışdı. Hətta rus-İran müharibəsində burada yaşayan azərbaycanlı türklər çarın işğalçı qoşunlarına qarşı qəhrəmancasına döyüşmüşdülər.xa0
xa0
Ruslar Türkmənçay müqaviləsinin 14-cü maddəsi çərçivəsində, İran erməniləri, xa0yəni xa040.000 dən çox ermənini Güney Qafqaza, özəlliklə İrəvan, Naxçıvan və Qarabağ bölgələrinə köç etdirdi. Ermənilər Türkmənçay müqaviləsinin şərtlərindən çox məmnun idilər. Tarixçilər erməniləri Türkmənçayın övladları adlandırırdılar, çünki Türkmənçay müqaviləsindən əvvəl ermənilər, demək olar ki, torpaqsız olublar. Erməni tarixçisi Anahid Terminasın qeyd etdiyi kimi, “ermənilər 1917-ci ilədək Qafqazın heç bir məntəqəsində çoxluq təşkil etməmişlər və onların müəyyən bir əraziləri də yox idi”x9d.
Beləliklə Rusiya Qafqazı xiristianlaşdırmaq siyasətinə son sürətlə həyata keçirmiş olurdu. “Xristiyanlaşdırma”x9d siyasəti nəticəsində, XX əsrin əvvəlinə qədər 1.300.000 erməni, qeyd edilən bölgələrə köçürüldü. Bu xa0erməni topluluqların bir qismini Qarabağın dağlıq bölgələrindəki topraqlara yerləşdirdilər. Beləliklə sözü gedən torpaqları ermeni yerləşim bölgələri halına gətirdilər. Azərbaycanın bugün yaşadığı Qarabağ sorununun təməlləri ruslar xa0tərəfindən büyük 188 il öncəsində atılmışdır.
Sizlərə Azərbaycanımızın işğalçılar tərəfindən necə bölündüyündən bəhs etdim. Bizi hər zaman bölən, parçalayan qüvvə olan farslar və ruslar, bunu Türk millətinin birliyndən duyduqları böyük qorxuya əsaslanaraq edirdilər. Bu günlərdə özlərini siyasətçi, akademik və ya millət vəkili hesab edən yaşını, başını almış bəzi işbazlara Azərbaycan Türk Tarixini incələməyi məsləhət görürəm. Bəziləri deyəsən xarici qüvvələrin (rusların və ermənilərin) xüsusi sifarişi ilə heç də tarixi gərçəyliyi olmayan safsataları millətin beyninə yeritmək istəyir. Azərbaycanı bölən, parçalayan qüvvə olan rusları və xa0yenə xiristian qardaşları olan erməniləri İrandan Azərbaycan türklərinin tarixi torpaqları olan İrəvana və Qarabağa, Naxçıvana, Bakıya xüsusi işbazlıqla və işğal siyasəti ilə köçürən rusların, Rus İmperiyasının Azərbaycanın qurulmasında necə bir rolu ola bilər? Təbii ki, heç bir rolu yoxdur! Əksinə ən ağır zərbəni Azərbaycan türklərinə tarix boyu rus və fars hakimiyyətləri vurmuşdur. Bəziləri idda edir ki, Azərbaycan xalqının formalaşmasında rusların rolu var. xa0Özlərini akademik və siyasətçi adlandıran ruspərəstlərə söyləmək istərdim ki, sizin Azərbaycan xalqı dediyiniz Azərbaycan Oğuz Türkləri minilliklər boyudur vardır və formalaşmışdır! Türklər hər zaman dövlət qurmuş və xalqları yönəldib. Ruslar sizin o sevdiyiniz rus imperiyası, Azərbaycan xalqını yox, erməni xalqının formalaşmasında qondarma Ermənistanın yaradılmasında böyük rol oynamışlardır. Sizin söylədikləriniz QƏDİM VƏ KÖKLÜ TARİXƏ MALİK OLAN BİZ AZƏRBAYCAN TÜRKLƏRİNƏ VƏ ŞƏHİDLƏRİMİZƏ QARŞI BÖYÜK TƏHQİRDİR. Sizin rus sevdanız bizim Azərbaycanımızın bütövlüyünə zərər verir və hər zaman vermişdir. Azərbaycan müstəqil Türk dövlətidir və bizlər müstəqilliyimizi şəhidlərimizin qanı ilə əldə etmişik! Bizim Müstəqil dövlətimiz və dövlət başçımız vardır! Siz hansı hüquqla bizləri rus işğalçılarının meydana gətirdiyi qondarma bir xalq kimi qələmə verməyə çalışırsınız? Azərbaycanın müstəqilliyini əsla bu qara və məkirli düşüncələrinizlə kölgələyə bilməyəcəksiniz! Bizlərin bu dönəmdə də Mübariz və Fərid kimi canını fəda etməyə hazır ərlərimiz, igidlərimiz vardır!
Son zamanlar dəb halına gəlib, yerindən qalxan “Türk milləti deyilik”x9d və ya “ruslar Azərbaycanın qurulmasında xidmət edib”x9d, “ruslar dəstəkləyib”x9d kimi safsatalar yaymağa çalışır. Azərbaycanın mərhum lideri, dövlət başçısı xa0Heydər Əliyev xa0“Türkiyə və Azərbaycan bir millət iki dövlətdir”x9d deyə söyləmiş və bu yöndə siyasət həyata keçirmişdir! Siz hansı haqla bu siyasətə qarşı çıxırsınız? Digər tərəfdən görünür siz, Bakının mərkəzində yerləşən “ŞƏHİDLƏR xa0XİYABANI”x9dnı heç ziyarət etməmişsiniz. Çünki orda yatan şəhidlərimizi görən birisi əsla “ruslar Azərbaycanın qurulmasına xidmət etmişdir”x9ddeyə bilməz! Əgər Azərbaycanın Şərqdə xa0İLK CUMHURİYYƏTİ qurmasına xa0dəstək və xidmət edənlərin kim olduğunu bilmək istəyirsinizsə, sizə yenidən ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMƏYİ MƏSLƏHƏT GÖRÜRƏM. ORAYA ZİYARƏTƏ GEDİNCƏ AZƏRBAYCAN TÜRK yurdunu erməni, rus quldurlarından xilas etməyə dəstək üçün gələn Anadolu Türkü soydaşlarımızı, İstanbuldan yola çıxan Türk ordusunun əsgərlərinin yəni Türkiyənin dörd bir yanından gələn qardaşlarımızın məzarını mütləq ziyarət etmənizi məsləhət bilirəm. O zaman anlayacaqsınz kimlər bizlərə dəstək olmuşdur. Bütün bu gərçəkləri inkar etsəniz o şəhidlərin qanı və Azərbaycan torpağının havası suyu sizlərə haram olar! Bu arada sizlərə Mustafa Kamal Atatürkün bu sözlərini xatırlatmaq istəyirəm “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”x9d. Yəni çox yox, azacıq tarixi araşdıran gərcəkləri görə bilər.
Bu səbəbdən qərəzli və bölücü düşüncədə olanlar yolu yol deyildir!

P.S. Hə zaman öz məsləhətləri və dəyərli bilgiləri ilə dəstək olan Türk komutan İshak Çelik bəyə təşəkkürümü bildirirəm!

Aynur Talıblı
İstanbul Sabahattin Zaim Üniversiteti
Tarix ve Mədəniyyət Araşdırmaları Bölümü
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO