Son günlər ölkə telekanallarında ən çox müzakirə edilən məsələlərdən biri media orqanlarında ədəbi dilin qaydalarının kobud şəkildə pozulması ilə bağlıdır. Bəzi dilçilər hesab edir ki, media orqanlarının ədəbi dilin qaydalarını mütəmadi surətdə pozması bu pozuntuların kütləviləşməsinə səbəb olur ki, bu da Azərbaycan dili üçün ciddi təhlükə deməkdir. Bu baxımdan bəzi mütəxəssislər hesab edir ki, ölkə mediasında yol verilən nöqsanların sadəcə monitorinqini aparmaq deyil, həm də bu cür pozuntuya yol verən media orqanlarına qarşı ciddi cəza tədbirləri görülməlidir. Ekspertlərin fikrincə, bu cür cəza tədbirləri media orqanlarını bu məsələdə daha ciddi davranmağa vadar edə bilər.
Maraqlıdır, ədəbi dil
pozuntusuna yol verən media orqanlarına qarşı cəza tədbirin seçilməsi məqsədəuyğundurmu?
Bu cür cəza metodu məlum problemin qismən də olsa aradan qalxmasına səbəb ola
bilərmi?
Məsələ ilə bağlı Moderator.az-a
açıqlama verən “Yeni Nəsil”x9d Jurnalistlər Birliyinin rəhbəri, media eksperti
Arif Əliyev isə hesab edir ki, problemi redaksiyaları, KİV-ləri cəzalandırmaqla
həll etməyə çalışmaq yanlışdır və bu, əsla effektiv sayıla bilməz:
“Cəza metodu dil, intellektual, humanitar sahədə
ən sonuncu məsələdir. Bu, başqa məsələləri bacarmayan insanların əlində bir
vasitədir. Məgər cəzalandırmaqla KİV-in tələbləri, peşəkarlığı yuxarı
qaldırılacaq, yoxsa təhsils sistemində ciddi keyfiyyət dəyişikliyi təmin ediləcək?
Bununla nəyə nail olacaqlar ki? Təhsil sistemini də cəzalandıracaqlar? Bu gün
elə bir vəziyyət mövcuddur ki, KİV-lər professionallığa belə ehtiyac duymur.
Telelviziyalara baxın. Radiolarda vəziyyət ümumiyyətlə dəhşətlidir. Təhsili,
savadı, peşəkarlığı olmayan 2-3 nəfəri bir araya gətirməklə radio yaradırlar”x9d.
A.Əliyevin sözlərinə görə,
bu sahədə yaranan məlum problem mövcud informasiya siysətinin nəticəsidir:
“Bunların hamısı mövcud informasiya siyasətinin tərkib hissəsidir. Informasiya
siyasəti kütləvi savadsızlığa, professionallığın aşağı düşməsinə, medianın ələbaxan
olmasına xidmət edir. Ona görə də hər redaksiyanın qarşısında bir dar ağacı
qurmaqla problemi həll etmək mümkün deyil. Bu, yeni problem də deyil. Sadəcə,
Qulu Məhərrəmlinin AMEA-da məlum bölmənin rəhbəri təyin edilməsindən sonra buna
diqqət bir qədər artıb. Lakin problemin özü dərinləşə-dərinləşə gedir. Istər
dövlət orqanları, istərsə də KİV Azərbaycan dilinin normalarına düzgün əməl
etmir”x9d.
Ekspertin qənaətincə, məlum
problemin həllinə nail olmaq üçün professionallığın yüksəldilməsinə ehtiyac
var:
“Mediada bu problemin
aradan qaldırılması üçün ilk növbdə prefessionallıq standartları yüksəldilməlidir.
Xatırladım ki, sovet dönəmində televiziyaların dili stnadart dil idi. Bu məsələdə
hər şey KİV rəhbərliyinin idarəçiliyindən asılıdır. Rəhbərlik hansı şərtlərlə
qurcaqsa, o şərtlərlə də iş gedəcək. Bu məsələdə yeni nə isə kəşf etməyə
ehtiyac yoxdur. Dilə ən çox təsir edən televiziya və radiollardır ki, müəyyən
kurslar təşkil etməklə bu sahədə vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq
olar. Bir faktı qeyd edim ki, BBC-nin dili yalnız İngiltərədə deyil, bütün
dünyada ingilis dili üçün standart dil sayılır. Orada iş bu səviyyədə yüksək
qurulub. Bütün bu sistemə isə nəzarəti bilavasitə BBC-nin özü həyata keçirir.
Odur ki, cəzalandırmaq deyil, professionallığı artırmağa ehtiyac var. Bu isə o
qədər də çətin məsələ deyil”x9d.
Seymur Əliyev

































































































