İpoteka ilə mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ
2026-cı ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına müvəkkil banklar tərəfindən 29,9 milyon manat məbləğində 353 ipoteka krediti, o cümlədən, 12,2 milyon manat məbləğində 115 adi ipoteka krediti və 17,7 milyon manat məbləğində 238 güzəştli ipoteka krediti verilib.
İKZF-dən Bizim.Media-ya bildirilib ki, 2006-cı ildən bəri fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin məbləği 3,8 milyard manata çatıb ki, bu da 57 mindən çox ailənin mənzil şəraitinin yaxşılaşmasına imkan verib.
Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək məqsədilə 1 aprel 2026-cı il tarixinə...