Maksim Prevo belçikalıların İrandan təxliyəsinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ
Belçika Krallığının Baş nazirinin müavini, xarici işlər, Avropa işləri və inkişaf sahəsində əməkdaşlıq naziri Maksim Prevo Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Telefon danışığı zamanı Yaxın Şərqdə cari təhlükəsizlik vəziyyəti, Azərbaycan və Belçika arasında ikitərəfli münasibətlər, habelə Avropa İttifaqı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Nazirlər Yaxın Şərqdə mövcud hərbi eskalasiyadan dərin narahatlıqlarını ifadə edib, münaqişənin diplomatik yolla həllinin vacibliyini vurğulayıblar. Belçika naziri bununla yanaşı, İran ərazisindən Naxçıvan is...