Bakıda yağışa görə evləri su altında qalan sakinlər otellərə yerləşdirilib – FOTO
Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində təhlükəli vəziyyətdə olan bəzi yaşayış məkanlarının sakinləri müvəqqəti olaraq otellərə yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Bakının qəsəbələrində yağış fəsadlarının aradan qaldırılması davam etdirilir.
Qeyd edilib ki, Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində bəzi ərazilərdə subasma halları müşahidə edilmişdir, bir çox yerlərdə yığılan sular artıq təmizlənsədə bəzi ərazilərdə bu iş davam etdirilir.
Mövcud vəziyyətlə bağlı sakinlər tərəfindən rayon icra hakimiyyətlərinə...