Xocavəndin Xanoba kəndində 25 ailəyə evlərinin açarları təqdim olundu – FOTO
Bu gün ilk köç karvanı ilə Xocavənd rayonu Xanoba kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
MÖVZU İLƏ BAĞLI:
Xocavəndin Xanoba kəndinə İLK KÖÇ
Bizim.Media xəbər verir ki, yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib.
Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin,...