İlham Əliyev: "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib"
“Bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi”.
Bizim.Media xəbər verir ki, bunu martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının bu gün keçirdiyi iclasında deyib.
“Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq.
Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərd...