İlham Əliyev Bakıda məişət tullantıları daşıyan texnikalarla tanış oldu - FOTO
Martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzinin həyətində məişət tullantıları daşıyan texnikalarla tanış olub.
Bizim.Media xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə Gəncə avtomobil zavodunda istehsal edilən bu texnikalar ölkəmizin müxtəlif şəhər və rayonlarına göndəriləcək.
Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov və “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev layihə barədə dövlətimizin başçısına məlumat verdilər.
Bildirilib ki, ümumilikdə layihə çərçivəsində hər birinin tutumu 22 kubmetr olan 70 kommunal texnika istehsal edilib.
...