Rus hərbçilərinin iştirakı ilə törədilən İNSANLIQ CİNAYƏTİ – Qisası qiyamətə qalmayan XOCALI SOYQIRIMI
Azərbaycan xalqı Əsrin faciəsinin - Xocalı soyqırımının 34-cü ilini ehtiramla yad edir. Bu dəhşətli hadisədən illər keçsə də, heç kim unudulmur, heç nə yaddan çıxmır.
İnsanlıq tarixinə qara ləkə kimi düşən Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Baxmayaraq ki, 44 günlük müharibədən sonra Xocalı şəhidlərinin intiqamı...