Şahmat üzrə Azərbaycan çempionatında QALMAQAL – İşə Apellyasiya Komitəsi qarışdı
Şahmat üzrə Azərbaycan çempionatının yarımfinal mərhələsinin ilk oyununda Ayan Allahverdiyeva ilə Türkan Məmmədyarova arasında keçirilmiş partiyanın nəticəsinə yenidən baxılıb.
Azərbaycan Şahmat Federasiyasından Bizim.Media-ya bildirilib ki, fevralın 17-də baş tutan qarşılaşmada hakimlər kollegiyasının qərarına əsasən, Ayan Allahverdiyeva tərəfindən iki dəfə əsassız iddia irəli sürüldüyü qeyd edilərək partiya Türkan Məmmədyarovanın xeyrinə hesablanıb.
Qərarla razılaşmayan Ayan Allahverdiyeva Azərbaycan Çempionatının Apellyasiya Komitəsinə müraciət edib.
Apellyasiya Komitəsi tərəfindən partiyanın videoyazısı və gedişlərin ardıcıllığı araşdırılıb. Beynəlxalq Şahmat Federasiy...