Azərbaycanda 100 min nəfərə 310 cinayət düşür - Rəqəmlər AÇIQLANDI
Ötən il əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 31 852 cinayət qeydə alınıb, onlardan 90,5 faizi açılıb. Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 310 fakt təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə DİN-də keçirilən Kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, cinayətlərin 92,8 faizi və ya 29.572-i daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində araşdırılan hüquqazidd əməllər olmaqla 93,5 faizinin açılması təmin edilib.
Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 90,1, qeyri-aşkar şəraitdə baş verənlərin 90,9, şəxsiyyət əleyhinə olanların 98,9, mülkiyyət əleyhinə olanların 8...