Bu ölkələrdən ət gətirilməsinə qoyulan qadağa ARADAN QALDIRILDI
Azərbaycan bir sıra ölkələrdən heyvan və quş ətinin gətirilməsinə qoyulan qadağanı aradan qaldırıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Monqolustanın Süxbaatar və Dornod vilayətlərində xırdabuynuzlu heyvanların çiçək və nodulyar dermatit xəstəlikləri, Fələstinin Tubas, Hevron əyalətlərində, həmçinin Çinin Quanqsi-Çjuanq muxtar rayonunda dabaq, Slovakiyanın Nitra diyarında isə yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarına əsasən, qeyd olunan ərazilərdə xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa ...