Bakı metrosunda sərnişin qatar yoluna düşdü - VİDEO
Bu gün saat 20:00 radələrində "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" stansiyasında sərnişin stansiya yoluna düşüb.
Bu barədə Bizim.Media-ya metropolitendən bildirilib.
Qeyd olunub ki, hadisə zamanı dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.
"Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib. Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb", - məlumatda bildirilib.
Bizim.Media...