Çindən ilin ilk qatarı Azərbaycana doğru yola düşdü – FOTO
“Çin Enerji İnşaat Korporasiyası”na (“China Energy Engineering Group”) məxsus fotovoltaik modullarla yüklənmiş 45 konteynerlik Çin–Avropa yük qatarı Sian şəhərindən yola düşüb.
Bizim.Media xəbər verir ki, bu 2026-ci ildə Çindən Transxəzər beynəlxalq nəqliyyat marşrutu və ya Orta Dəhliz vasitəsi ilə yola düşən ilk qatardır.
Yanvarın 1-də yola cıxan qatar Horqos sərhəd-buraxılış məntəqəsindən Qazaxıstana keçərək Xəzər dənizi vasitəsi ilə yekunda Bakıya çatacaq.
Fotovoltaik modulların Bakıya operativ çatdırılması Sian şəhərinin Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin quruculuğunda fəal iştirakı, habelə dəhlizin üzv tərəfdaşları ilə birgə xərclərin azald...