Sürücülərin NƏZƏRİNƏ: Bakının bir sıra yollarında sürət həddi endirildi
Duman səbəbindən Bakının bir sıra yollarında sürət həddi endirilib, bütün portallarda "dumanlı hava" işarəsi qoyulub.
Bizim.Media xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Qeyd olunur ki, hazırda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.
Eyni zamanda bütün tablolarda "dumanlı hava" işarəsi qoyulub. Sür...