Millimiz İslandiyaya UDUZDU - VİDEO
Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində 5-ci tur matçına çıxıb.
Bizim.Media xəbər verir ki, Ayxan Abbasovun komandası evdə İslandiya ilə qarşılaşıb.
Oyun İslandiyanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisi Fernandu Santuşun baş məşqçilik etdiyi dövrdə - sentyabrın 5-də İslandiya yığmasına səfərdə 0:5 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, millimiz noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransanı qəbul edəcək. Oyun saat 21:00-da start götürəcək.
DÇ-2026, seçmə mərhələ, 5-ci tur
13 noyabr
D qrupu
21:00. Azərbaycan - İslandiya - 0:2
Qol: Albert Qvüdmündsson, 20, Sverrir İqnason, 39
Hakimlər: ...