Sevinc Osmanqızı Baş Prokurorluğa ÇAĞIRILDI - VİDEO
ABŞ-da yaşayan Sevinc Osmanqızı Baş Prokurorluğa çağırılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İTV-də yayımlanıb.
Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən Sevinc Mirzəyevaya Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.
Təqsirləndirilən şəxs, 1969-cu il təvəllüdlü Sevinc Osman qızı Mirzəyeva 20 noyabr 2025-ci il tarixdə 16:00-da Azərbaycanın Baş Prokurorluğun İstintaq Baş İdarəsinin inzibati binasına çağırılıb.
23 fevral 2025-ci il tarixdə təqsirləndirilən Sevinc Mirzəyevaya barəsində Azərbaycan Cinayət Məcəlləsinin 281.2-ci madd...