Yeni Bakı-Sumqayıt avtobusunda gedişhaqqının MƏBLƏĞİ AÇIQLANDI
Xəbər verdiyimiz kimi, noyabrın 12-dən Bakı və Sumqayıt şəhərləri arasında 500 nömrəli müntəzəm avtobus marşrutu istifadəyə verilir.
Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, Sumqayıt şəhərindən paytaxta böyük sərnişin axını nəzərə alınaraq, həmçinin vətəndaşların metronun "20 Yanvar" stansiyası istiqamətində sürətli və rahat gedişlərini təmin etmək məqsədilə AYNA tərəfindən 500 nömrəli müntəzəm avtobus marşrutu təşkil edilib.
Noyabrın 12-dən fəaliyyətə başlayacaq yeni marşrut üzrə avtobuslar başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıy...