FHN-dən əhaliyə MÜRACİƏT: “Bu ərazilərdən uzaq durun!”
Fövqəladə Hallar Nazirliyinin gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Bizim.Media həmin müraciəti təqdim edir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün axşamdan başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdə...