Yol Polisindən ÇAĞIRIŞ: “Qadına həbsxana yaraşmır” – FOTO
“Qadına həbsxana yaraşmır”.
Bizim.Media xəbər verir ki, bu fikirlər Baş Dövlət Yol Polisi İdarəsinin çağırışında qeyd olunub.
“Baş Dövlət Yol Polisi İdarəsi bütün xanım sürücülərin nəzərinə çatdırır ki, son dövrlər onların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələri ciddi narahatlıq doğurur.
Aparılan təhlillər göstərir ki, bəzi hallarda diqqətsizlik, yol hərəkəti qaydalarına riayət olunmaması ağır yol qəzalarının baş verməsinə səbəb olur. Təkcə cari ilin ötən dövründə xanım sürücülərin iştirakı ilə baş vermiş 107 yol-nəqliyyat hadisəsində 16 nəfər həlak olmuş və 159 nəfər xəsarət almışdır.
Hər bir xanım sürücü, bir ana, həyat yoldaşı və cəmiyyətin dəyərli ü...