“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO
Bu gün UEFA Çempionlar Liqasında əsas mərhələyə start verilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da Liqa mərhələsinin ilk oyununa çıxıb.
Qurban Qurbanovun komandası 2024/25 mövsümü Portuqaliya liqasını 2-ci yerdə tamamlayan “Benfika”nın qonağı olub. Lissabondakı “Estadio da Luz”da keçirilən görüş "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam klubu əvvəlcə 0:2 hesabı ilə geridə olsa da, rəqib qapısına 3 qol vuraraq qalib gəlməyi bacarıb.
“Qarabağ” 8 il aradan sonra Çempionlar Liqasının əsas mərhələsində çıxış edir. Tarixində 2-ci dəfə bu mərhələyə yüksələn Ağdam klubu 2017-ci ildə A...