Xankəndidə Yel çərşənbəsi qeyd edildi, tonqallar yandırıldı - FOTO
Bu gün Xankəndi şəhərində Novruz çərşənbələrinin üçüncüsü - Yel çərşənbəsi qeyd olunub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ilə əlaqədar, Xankəndi şəhərində Yel çərşənbəsi tonqalı alovlandırılıb.
Şəhərin mərkəzində yandırılan tonqalın ətrafına ictimaiyyət nümayəndələri, şəhər sakinləri, tələbələr, orta məktəb şagirdləri toplaşıb.
Yel çərşənbəsi münasibəti ilə bir çox küçələrdə və həyətlərdə tonqallar qalanıb.
Şəhər mərkəzində qurulmuş bayram tonqalı...