Əhaliyə XƏBƏRDARLIQ
Araşdırmalar göstərir ki, görünüş məsafəsinin azalması ilə yol-nəqliyyat hadisələrinin başvermə ehtimalı artır. Xüsusilə dumanlı hava şəraitində sürücülərin təhlükəyə qarşı reaksiya müddəti uzanır və nəticədə ani diqqətsizlik yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin sürücülərə növbəti xəbərdarlığında bildirilib:
Yolda görünüş məsafəsi azaldıqda sürəti azaldın!
Qəfil manevrlərdən çəkinin!
İşıq cihazlarının sazlığını yoxlayın və lazım gəldikdə duman faralarından istifadə edin!
Görünüş dairəsinin məhdud olduğu yol sahələrin...