İpoteka ilə mənzil almaq istəyənlərə ŞAD XƏBƏR!
“Sabahdan ipoteka kreditlərinin alınması üçün müraciətlər mümkün olacaq. İpoteka və Kredit Zəmanət Fondu artıq 2025-ci il ərzində ipoteka kreditlərinin verilməsi üçün banklara ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb. Sabah adi ipoteka kreditlərinə, birisi gün isə güzəştli kreditlərə müraciət aktiv olacaq”.
Bizim.Media xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Deputat bildirib ki, bu il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq:
“Dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. Praktik olaraq, hər maliyyə il...