Üç ölkənin bu məhsulları Azərbaycana idxal edilməyəcək - Qadağa qoyuldu
Macarıstanın Zala bölgəsində xırdabuynuzlu heyvanların taun, Polşanın Varminsko-Mazursk inzibati ərazisində blutanq, Liviyanın Zəviyə dairəsində dabaq, Nigeriyanın Plato ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Zala bölgəsindən, Varminsko-Mazursk inzibati ərazisindən, Zəviyə dairəsindən iri və xırdabuynuzlu heyvanların, habelə onlara aid məhsulların, Plato ştatından isə quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-n...