Lisenziyası ləğv olunan plastik cərrahlarla bağlı RƏSMİ XƏBƏRDARLIQ
Son günlər müxtəlif media vasitələrində ölkədə ayrı-ayrı plastik cərrahların praktik tibb fəaliyyəti ilə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnamələrinin ləğv olunması ilə bağlı məlumatlar yayılır.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Baş Prokurorluğu və Səhiyyə Nazirliyi mövzu ilə bağlı birgə məlumat yayıb.
Məlumatda deyilir:
"Xəbər verdiyimiz kimi, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb.
Bu məqsədlə, Səhiyyə Nazirliyində Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyini...