Təyyarə qəzasında həlak olan vətəndaşların kredit borcları SİLİNDİ
"Azərbaycan Hava Yolları” QSC-nin Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsində həyatını itirmiş vətəndaşların banklarda və bank olmayan kredit təşkilatlarındakı kredit öhdəlikləri tam məbləğdə müvafiq təşkilatların öz vəsaiti hesabına silinib.
Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) və
"Azərbaycan Mikromaliyyə Assosiyasiyası" (AMFA) İctimai Birliklərinin birgə yaydığı açıqlamada bildirilir.
"Qəza nəticəsində ekipaj üzvlərinin və sərnişinlərin həlak olması, bütün xalqımız kimi, bank icmasını da dərindən sarsıtmış və hədsiz kədərləndirib. Faciəvi...