İlham Əliyev Kasım-Jomart Tokayevə ZƏNG ETDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib.
Bizim.Media xəbər verir ki, dövlət başçıları Azərbaycan və Qazaxıstan vətəndaşlarının olduğu təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə bağlı bir-birinə, həmçinin həlak olanların yaxınlarına başsağlıqlarını bildirib, yaralananlara tezliklə şəfa arzulayıblar.
Prezident İlham Əliyev, ilk növbədə, Qazaxıstan Prezidentinə xilasetmə işlərinin aparılması ilə bağlı şəxsən təşəkkürünü bildirib.
Dövlətimizin başçısı bu işlərdə dərhal lazımi tədbirlər görən və yaralanan sərnişinlərin xilas olunmasında fəal iştirak edən Qaz...