Təyyarə qəzasında həyatını itirənlərin xatirəsinə bir dəqiqəlik SÜKUT - VİDEO
Xəbər verdiyimiz kimi dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, qəza nəticəsində çox sayda insanın həyatını itirməsi ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Saat 12.00-da isə həyatını itirənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Son məlu...