Təyyarə qəzası qurbanları Xankəndidə bir dəqiqəlik sükutla anıldı - FOTO
"Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində həlak olanlarn əziz xatirəsi dekabrın 26-da saat 12:00-da ölkəmizin bütün ərazisində olduğu kimi, Xankəndi şəhərində də bir dəqiqəlik sükutla yad olunub.
Bizim.Media xəbər verir ki, nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, dövlət bayraqları yarıyadək endirilib.
Baş vermiş faciə ilə əlaqədar olaraq Xankəndi şəhərində dekabrın 26-da keçirilməsi nəzərdə tutulan "Qış nağılı" yarmarkası qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Xatırladaq ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunu...