Prezident Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayırdı – SƏRƏNCAM
Gələn il növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək.
Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə nəzərdə tutulan maliyyələşməni təmin etmək tapşırılıb.
Bizim.Media...