“Fermerlərə beşillik dəstək təmin olunacaq" – NAZİR
Xəbər verdiyimiz kimi COP29-un Azərbaycan pavilyonunda bir çox ölkənin nazirləri bir araya gəlib.
Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış edib.
O, fermerlərə dəstək vermək üçün yaradılan şəraitdən danışıb.
"Fermerləri, xüsusən də kiçik təsərrüfat sahiblərini dəstəkləmək üçün biz möhkəm maliyyə mexanizmləri və stimullaşdırıcı proqramlar hazırlamışıq. Subsidiya proqramları, aşağı faizli kreditlər və investisiya qrantları fermerlərə, xüsusən qadın fermerlərə və gənclərə iqlimə davamlı təcrübələrə keçid etməyə imkan yaradır".
Nazir bildirib ki, beynəlxalq kənd tədərrüfatı metodologiyalarına və yanaşmalarına ...