ÜST-nin Avropa üzrə regional direktoru COP29-dakı nailiyyətlər barədə məlumatlandırıldı - FOTO
Noyabrın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində ölkəmizdə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluge ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycan-ÜST əməkdaşlığı, habelə ölkəmizin COP29 sədrliyi müzakirə olunub.
MÖVZU İLƏ BAĞLI:
ATƏT PA-nın vitse-prezidenti: “İqlim dəyişikliyi ilə bağlı məsələlərə qlobal yanaşma dəyişməlidir” - FOTO
Ölkəmizin ÜST ilə yaxından əməkdaşlıq etdiyi, xüsusilə COVID-19 pandemiyasına qarşı mübarizə ...