“16 min şəhid ailəsi və qazilərə mənzil təqdim olunub” - NAZİR
16 min şəhid ailəsi və qazilərə mənzil təqdim olunub.
Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
Onun sözlərinə görə, növbəti il üçün də proqram hazırlanır:
"Həmin proqram çərçivəsində Bakı üzrə növbəlilik 2 dəfə tam şəkildə icra olunub. Ümumilikdə 7770 şəhid ailə üzvü və qazilərə isə avtomobil təqdim olunub”.
Bizim.Media...