ADY Kart adı altında saxta səhifələr açılıb - XƏBƏRDARLIQ/FOTO
ADY Kart adı altında sosial mediada saxta səhifələr açılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) bildirilib.
Qeyd edilib ki, bu səhifələr “il ərzində məhdudiyyətsiz səyahət təklifi ilə ilkin satış qiymətinə smart kart” kimi yalan məlumatlar yayaraq istifadəçiləri aldadır və bank kartı məlumatlarını mənimsəyir:
“Təhlükəsizliyinizi qoruyun:
• ADY-nin rəsmi səhifələrini izlədiyinizə əmin olun.
• Şəxsi məlumatlarınızı paylaşmadan əvvəl səhifənin etibarlılığını yoxlayın.
• Yalnız rəsmi mənbələrdən məlumat əldə edin.
Bank məlumatlarınızı heç kimlə paylaşmayın”.
Vətəndaşlardan şübhəli hallarla qar...