COP29-un media tərəfdaşları AÇIQLANDI
“FT Live”, “Project Syndicate”, “Newsweek”, “CBC” və “ANEWZ” COP29-un rəsmi media tərəfdaşları elan edilib.
Bizim.Media xəbər verir ki, bu barədəCOP29 Əməliyyat Şirkətinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, COP29 media tərəfdaşları COP29 çərçivəsində aparılacaq müzakirələri təşviq etmək və iqlim fəaliyyətinə təkan vermək baxımından vacib rol oynayacaqlar. Qlobal auditoriya ilə COP29 arasında təmas yaratmaq üçün tədbiri daha əlçatan və inklüziv edən rəqəmsal texnologiyalardan istifadə olunacaq.
COP29-un media tərəfdaşları tədbirin tematik proqramlarına uyğun tədbirləri işıqlandırmaqla, o cümlədən Yaşıl Zonada ziy...