Şuşa ilk dəfə sakinləri ilə birgə Yeni ili qarşılayır - FOTO
Şuşa şəhərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Güllü bağ” ərazisi bayram əhval-ruhiyyəsi ilə bəzədilib.
Bizim.Media bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə istinadən xəbər verir.
Bildirilib ki, Şuşa sakinlərinin rəsm və əl işlərindən ibarət sərgisi, hazırladıqları müxtəlif cür kulinariya növləri sakinlər və Şuşaya gələn qonaqlar tərəfindən maraqla qarşılanır.
Eyni zamanda Şuşada fəaliyyət göstərən hotel və restoranlar da bu tədbirdə iştirak edirlər.
Vurğulanıb ki, bayram tədbiri 2025-ci il yanvarın 13-dək davam edəcək.
Bizim.Media...